Regionlarda yaradılan ilk Elektron kitabxana

Regionlarda yaradılan ilk Elektron kitabxanaFevralın 9-da Bərdə rayonunun Mərkəzi Kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk Elektron kitabxananın açılışı olacaq. Mərasimində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bərdə rayon icra hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edəcəklər. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq respublikada kitabxanaların informasiyalaşdırılması işi həyata keçirilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO