Regional Televiziya daha bir ilkə imza atdı

RTV Türkiyənin dünya şöhrətli xəbər agentliyi ilə əməkdaşlığa başladı.Artıq dünyanın istənilən nöqtəsində baş verən hadisələrə əlimiz çatır.
Milli.Az xəbər verir ki, bundan sonra xaricdə baş verənlərdən də birinci RTV vasitəsilə xəbər tutacaqsız. Televiziya dünyada məşhur Cihan Xəbər Agentliyi ilə razılaşma əldə edib. Artıq “Regional Televiziyalar şəbəkəsi”nə daxil olan kanallar agentliyin informasiya və lisenziyalı videogörüntülərindən istifadə etmək hüququna malikdir. Türkiyənin hər nöqtəsində olan reportyorları ilə günün nəbzini tutan Cihanın beynəlxalq xəbərləri izləmək üçün Avrasiya, Amerika, Afrika, Orta və Uzaq Şərqin 35 ölkəsində müxbirləri çalışır. Agentlik həm də dünyanın istənilən yerindən canlı yayım vasitəsilə də informasiya ötürə bilir.

Doğru məlumat əldə etmək bu gün xəbər məkanı üçün olduqca önəmlidir. Amma bəzən hadisəni operativ çatdırmaq istəyi bu məqamı kölgədə qoyur. Sürətli və obyektiv xəbərin izində olan Cihan Xəbər Agentliyi bu iki məfhumu bir araya gətirərək çalışır. Bu məqamlar RTV-nin xəbər siyasətini də özündə əks etdirir. Regional Televiziya da bu keyfiyyətləri nəzərə alaraq əməkdaşlıq üçün məhz Cihan agentliyini seçib. Bu Azərbaycan region televiziyaçılığında ilk belə əməkdaşlıqdır. Dünyanın CNN, BBC, Əl-Cəzirə kimi beynəlxalq televiziya kanalları və Ria-Novosti, Sinhua, Reuters kimi xəbər agentlikləri Cihanla əməkdaşlıq edir. Türkiyədə və dünyada bir çox media quruluşuna xəbər xidməti edən Cihan çoxlu sayda yerli qəzet, televiziya, internet xəbər səhifəsi və radio abunəsinə sahibdir.

Türkiyənin TRT, Kanal D, Fox, Kanal 7, Samanyolu, NTV, Haberturk, CNN Turk, TGRT haber və SKYT türk kanalları Cihanın abunəçiləri sırasında yer alır. Cihan peyk və internet vasitəsilə yayımlanır. RTV ilə Cihan Xəbər Agentliyi arasında qurulan əməkdaşlıq xəbər izində olan tamaşaçıların marağına hesablanıb.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO