Region jurnalistləri insan hüquqları ilə bağlı maarifləndiriləcək

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkşafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə dörd ay davam edəcək.
Bu barədə Modern.az-a “Jurnalist Araşdırmaları Mərkəzi”ndən məlumat verilib.

Təşkilat bəyan edib ki, layihənin məqsədi geniş əhatə dairəsinə malik olan insan hüquqları və azadlıqları anlayışının cəmiyyətdə möhkəmlənməsinə, region KİV-lərində çalışan jurnalistlərin bu sahədə informasiyalar hazırlayıb yaymaq vərdişlərinin artırılmasına yardım etməkdir.
Layihə çərçivəsində mətbuatda insan hüquqlarının qorunması və inkişaf etdirilməsi yönündə verilən informasiyaların monitorinqi keçiriləcək, mövcud qüsurlar araşdırılacaq və onların aradan qaldırılması üçün təkliflər səsləndiriləcək. Region jurnalistlərinə insan hüquq və azadlıqları sahəsində maarifləndirmə işi aparmaq vərdişlərini aşılamaq üçün Cəlilabad və Tərtər rayonlarında seminarlar keçiriləcək.
Bundan başqa, «Cəmiyyətin insan hüquqlarına dair maarifləndirilməsində mətbuatın rolu» adlı broşürün çapı da nəzərdə tutulur.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO