Ərdoğanın sirri…Baş nazir jurnalistləri necə aldatdı?

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bazar axşamı İstanbulda bacısı oğlusunun toyuna qatıldıqdan sonra gizlicə tətilə getdiyi ortaya çıxıb.

Halbuki Baş nazirin tətildə olduğu gün jurnalistlər İstanbulda Ərdoğanın içində olduğunu təxmin etdikləri iş avtomobili və qorumalardan ibarət olan kortejini təqib edib. Sonradan məlum olub ki, boş kortejin təşkili Ərdoğanın tətilə çıxdığını gizlətmək üçün jurnalistlərin aldadılması məqsədi daşıyırmış.

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təqibdəki jurnalistlərə əvvəlcə Ərdoğanın iş yerində xüsusi görüşmələri olduğu deyilib. Xəbərçilər və polislər, axşama qədər Baş nazirin çıxıb evinə getməsini gözləyiblər. 0002 nömrəli iş avtomobili axşam saat 19:30- da iş yerindən çıxıb. Polis yenə tədbir alıb. Qorumalar arasında iş avtomobilində baş nazir olduğu sanılan silüet diqqət çəkib. Qara şüşələrdən bu adamın kim olduğu qəti olaraq aydın ola bilməyib. Ancaq bu adamın Baş nazir Ərdoğan olmadığı çox keçmədən ortaya çıxıb.

Demə, Ərdoğan hələ bazar gecəsi jurnalistləri sovuşduraraq gizlicə tətilə çıxıbmış.

Sıx keçən referendum prosesinin ardından ailəsiylə birlikdə tətilə çıxan Ərdoğanın cümə gününə qədər dincələcəyi bildirilir. Onun harada olduğu bir sirr kimi saxlanılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO