Ərdəbilli jurnalist 1 illik həbsdən sonra azadlığa çıxdı

“Media forum” saytı xəbər verir ki, ərdəbilli jurnalist Rəhim Qulami 1 illik həbsdən sonra azadlığa çıxıb.

Rəhim Qulami 2008-ci ilin aprelində Azərbaycan milli kimliyi uğrunda apardığı fəaliyyətinə görə tutulub 20 gün həbsdə saxlanmış, 30 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Sonradan Ərdəbil məhkəməsi onu İran İslam Respublikasının milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz təşkilatlarla əməkdaşlıqda günahlandıraraq 5 il müddətinə azadlıqdan məhrum etmiş, apellyasiya instansiyası isə onun cəzasını 1 ilə endirmişdi.

Ərdəbilli jurnalistin həbsdə saxlandığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qaldığı vurğulanır.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO