RATI mediaya qarşı polis zorakılığı ilə bağlı cavab istəyir

Repotyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ötən bir neçə gün ərzində Bakı polisinin jurnalistlərə qarşı törətdiyi zorakılığı qətiyyətlə pisləyib. RATİ hökuməti jurnalistlərə qarşı hücumlara və fiziki təzyiqlərə son qoymağa çağırır.

SalamNews-un məlumatına görə, bu barədə RATİ-nin yaydığı bəyanatda deyilir.

Türkiyədə Gezi parkının sökülməsinə qarşı mayın 27-dən başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən dinc etiraz aksiyalarını işıqlandırarkən azı dörd jurnalist- ANS TV əməkdaşları Elnarə Məmmədovayla Firuz Ağayev və RATİ əməkdaşları Rasim Əliyevlə Mehman Hüseynov hüquq mühafizəçilərinin təzyiqinə məruz qalıb.

RATİ əməkdaşı Rasim Əliyevə qarşı polisin xüsusi zorakılıq etməsi onun həmkarı Mehman Hüseynov tərəfindənlentə alınıb. Kardlarda Əliyevin sərt sillə və yumruq zərbələri aldığı aşkar görünür.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

RATİ hökuməti tam və obyektiv araşdırmalar aparmaqla jurnalistlərə təzyiq göstərmiş polis əməkdaşlarını aşkar edərək cəzalandırmağa çağırır, çünki cəzasızlıq mühiti zorakılığın daha da artmasına rəvac verir.

– See more at: http://az.salamnews.org/az/news/read/78269/rati-mediaya-qarshi-polis-zorakiligi-ile-bagli-cavab-isteyir/#sthash.DlRIk2to.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO