İranın “İranduxt ” aylıq jurnalının nəşrinə qadağa qoyulub

İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası ölkənin “İranduxt” (İran qızı) aylıq jurnalının nəşrinə qadağa qoyub. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

“İranduxt” aylıq jurnalının baş redaktoru İranın müxalifət liderlərindən olan, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin oğlu Məhəmməd Hüseyn Kərrubidir.

Məlumatda jurnalın nəşrinə hansı səbəbdən qadağa qoyulduğu açıqlanmayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO