İran yazıçılar birliyinin üzvləri tutulub

İran Yazıçılar Birliyi bəyanat yayarq qurumun iki üzvünün tutulduğunu bəyan edib.

“Media forum” saytının məlumatına görə, bəyanatda bildirilir ki, Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları yanvarın 29-da qurumun üzvü Rza Xəndanı (Mahabadi) evdən çıxıb işə gedən vaxt yolda tutublar.

Bəyanata görə, İran Yazıçılar Birliyinin digər üzvü Əlirza Səqəfi isə fevralın 1-də tutulub. Bildirilir ki, ETTELAAT əməkdaşları Ə.Səqəfini mənzilində tutub aparıblar. Səqəfinin kompüteri və əlyazmaları da götürülüb.

Qurumun bu iki üzvünün hazırda harda saxlandığı, onlara qarşı hansı ittihamların irəli sürüldüyü bilinmir.

İran Yazıçılar Birliyi müstəqil ictimai qurumdur. 40 ilə yaxındır fəaliyyət göstərən birlik nə şah dövründə, nə də islam inqilabından sonra rəsmi dövlət qeydiyyatına alınıb. Nüfuzlu qələm adamlarının toplaşdığı, yarı aşkar-yarı gizli fəaliyyət göstərən bu qurumun xüsusilə son 20 ildə bir sıra üzvləri zindanlara salınıb, həbsdə və ya azadlıqda müəmmalı şəkildə dünyasını dəyişib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO