İran xarici mətbuatla əməkdaşlığı qadağan edir

Etiraz aksiyasının iştirakçılarına qarşı isə ölüm cəzası çıxarıla bilər

İran öz vətəndaşlarına bir sıra xarici təsisatlar və mətbuat orqanları ilə əməkdaşlıq etməyi yasaqlayıb. Tehran bu qurumları İslam Respublikasına qarşı “softver müharibəsi” aparmaqda ittiham edir. Kəşfiyyat xidmətinin yüksək vəzifəli rəsmisi deyib ki, 60 Avropa və Amerika təşkilatı seçkilərdən sonrakı zorakılıq aksiyalarının qızışdırılmasında rol oynayıb. Bu səbəbdən, həmin təşkilatlarla təmasda olmaq və ya onlardan yardım almaq qanuna ziddir. Rəsmi iddia edib ki, siyahıda adları çəkilən BBC və «Amerikanın Səsi», hökuməti devirmək səylərinə dəstək verməklə məşğuldur. Bundan başqa, İran hakimiyyəti müxalifətə qarşı da mövqeyini sərtləşdirir. Müxalifətə xəbərdardlıq edilib ki, etiraz aksiyasının iştirakçıları ölüm cəzasına çatdırıla bilər. Cəza eyni zamanda xarici ölkə vətəndaşlarına da tədbiq ediləcək. İran daxili işlər naziri Mustafa Məhəmməd Nacar bu barədə ölkə kəşfiyyatının hesabatından sonra söyləyib.
İran kəşfiyyat naziri Heydər Moslehi bildirmişdi ki, ötən həftə hökumət əleyhinə nümayişlər zamanl bir neçə xarici ölkə vətəndaşı həbs olunub. Həbs olunmuş xaricilər təbliğat və psixoliji müharibə aparırlarmış. İran 27 dekabr nümayişləri zamanı həbs olunmuş yüzlərlə insanı hələ də həbsdə saxlayır. «Aşura günü baş vermiş qarışıqlıqdan sonra bu kimi aksiyalarda iştirak edənlər ölkənin milli təhlükəsizliyinə və həqq-təalaya qarşı mübarizə kimi qiymətləndiriləcək»,-Nacar deyib.
Bu arada isə ABŞ və müttəfiqləri İrana qarşı sanksiyanı sərtləşdirmək barədə danışıqlar aparırlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO