İran və Azərbaycan kitabxanaları arasında razılaşma imzalanıb

İran və Azərbaycan kitabxanaları arasında razılaşma imzalanıbİran və Azərbaycan gənclər kitabxanaları arasında razılaşma imzalanıb. İran Televiziyasının yaydığı məlumata görə, imzalanma mərasimi Bakıda İran və Azərbaycan kitabxanaları arasında münasibətlərin inkişafı zəminində baş tutub. Sazişi İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Respubilka Gənclər Kitabxanasının müdiri Rəna Bələndərli imzalayıblar.
Qeyd olunub ki, iki ölkənin kitabxanaları arasında gələcəkdə sərgilərin, seminarların, konfransların və elmi-mədəni toplantıların keçirilməsi əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO