“İran Türkləri ” adlı tədqiqat

İstanbuldakı “Bilgeoğuz” nəşriyyatı Ərzurumdakı Atatürk universitetinin müəllimi Əli Kafkasyalının “İran Türkləri” adlı kitabını nəşr edib.
1000 səhifəlik kitabda Cənubi Azərbaycan həqiqətlərindən bəhs edilib. Kitabda İranda yaşayan türklərin etnik, siyasi və dövlətçilik tarixi barədə ətraflı məlumat verilib, bölgənin ədəbi-mədəni həyatı işıqlandırılıb. Müəllif Ə. Kafkasyalı əsəri yazmaq üçün dəfələrlə qonşu ölkəyə gedərək arxiv materialları toplayıb, ədəbi şəxsiyyətlərlə görüşüb.
“İran Türkləri” kitabında Cənubi Azərbaycan ədəbiyyatının gənc və yaşlı nəslinin bütün nümayəndələrinin əsərlərinə, həmçinin, folklor nümunələrinə geniş yer verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO