İran qəzetləri Kətrin Əştonu “abırlı ” hala salıb

İranda bir sıra qəzetlər Avropa Birliyinin xarici işlər üzrə komissiya rəhbəri Kətrin Əştonun fotoşəkilinə “əl gəzdiriblər”.
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, “Asriran.com” saytı Əştonun İranın nüvə danışıqçısı Səid Cəlili ilə iki şəklini təqdim edib.

Birində, Əştonun yaxası boğazından xeyli aşağıdır. Digərində isə yaxa həqiqətdə olduğundan xeyli yuxarıdır və onun sinəsini tam örtür.

Şəkil İstanbulda aparılmış danışıqlar zamanı çəkilib.

İran qəzetləri çox zaman şəkillərdə belə düzəlişlər edirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO