“Ramiz Mustafayev ” adlı kitab çap olunub

"Ramiz Mustafayev" adlı kitab çap olunub“Səda” nəşriyyatında Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli bəstəkar Ramiz Mustafayevin həyat və yaradıcılığına həsr olunmuş “Ramiz Mustafayev” adlı kitab işıq üzü görüb. Bu barədə kitabın müəllifi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova məlumat verib.
Kitab üç hissədən ibarətdir. Birinci hissədə R.Mustafayevin yaradıcılıq yolundan danışılır, onun janrlar üzrə əsərləri təhlil edilir. İkinci hissə bəstəkarın opera yaradıcılığına həsr olunub. Burada müxtəlif illərdə yazılmış məqalələr yer alıb. Müəllif 196-cı ildə S.Vurğunun əsəri əsasında yazılmış və indiyədək səhnədən düşməyən “Vaqif” operasını xüsusi qeyd edib.
Əsərin üçüncü hissəsində bəstəkarın dostları və sənət yoldaşlarının xatirələri toplanıb. Onların arasında Tofiq Bakıxanov, Nəriman Məmmədov, Sevda İbrahimova, Yalçın Adığözəlov və başqaları var.
R.Mustafayev 9 oratoriya, 5 kantata, müxtəlif vokal-simfonik əsərlərin, vətənpərvərlik mahnı və marşlarının müəllifidir, xalq mahnılarını xor üçün hazırlayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO