Rəsmi Bakı: Avropa qaçqın probleminin həlli üzrə Azərbaycanın təcrübəsini öyrənə bilər

Avropa qaçqın probleminin həlli üzrə Azərbaycanın təcrübəsini öyrənə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov xatırladıb ki, Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı, çətin dövrdə bu problemin öhdəsindən gəldi: “Amma bir il ərzində Avropaya 700-800 min qaçqın gəlib və böyük problemlərə səbəb olub. Artıq ABŞ-da da müzakirələr aparırlar ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər. Yəni Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər, lakin bir dəfə də olsun Azərbaycanın adını çəkmirlər. Azərbaycan Avropa ilə Qonşuluq Siyasəti, “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq edir, amma Azərbaycanın qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində gördüyü işləri qeyd etmirlər. Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verə bilirlər, amma qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmırlar”.

PA rəsmisi qeyd edib ki, belə münasibət, belə bəyanatlar olanda, Azərbaycanla münasibət qurmaq da çətin olur: “Bu, Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO