Rəcəb Tayyib Ərdoğanın Avropa Oyunları zamanı Bakıya səfəri nəzərdən keçirilir

Türkiyə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Səfir qeyd edib ki, Türkiyə rəhbərliyi Bakıda bu cür mötəbər tədbirin keçirilməsinə önəm verir və rəsmi Ankara bu tədbirin açılışında yüksək səviyyədə iştirak edəcək: “Hazırda prezident Rəcəb Tayyib Ərdoğanın Avropa Oyunları zamanı Bakıya səfəri nəzərdən keçirilir, bu barədə dəqiq məlumat verə bilmərik. Lakin Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunmağı düşünürük”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO