“Qızıl Kəlmə “

Mədəniyyət və Turizm Nazirliyinin 2008-ci ildə təsis etdiyi “Qızıl Kəlmə” ədəbi mükafatı yenidən elan olunub. Müsabiqə 2009 – 2011-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərələri yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə keçirilir. Müsabiqəyə əsərlərin qəbulu artıq başlayıb. Yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə son iki il ərzində çap olunmuş kitablar və ya mətbuat orqanlarında çap olunmuş əsərlər təqdim oluna bilər. Lakin namizədi ədəbi işlə məşğul olan hər hansı bir təşkilat, qəzet, jurnal redaktoru, nəşriyyat, poliqrafiya müəssisəsi, eyni zamanda keçən il bu mükafata layiq görülmüş laureat təqdim edə bilər. Qaliblər nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya əsərləri (poema, şeir, mahnı mətni), tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə nominasiyaları üzrə təyin olunacaq. Qaliblər rəmzi simvol olan döş nişanı, diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO