Qubada rəqəmli televiziya işə salınacaq

Qubada rəqəmli televiziya işə salınacaqBu il noyabrın sonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Teleradio” İstehsalat Birliyi tərəfindən Qubada rəqəmli televiziya işə salınacaq.

RİTN-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, işğal olunmuş ərazilər istisna olmaqla, noyabradək ölkənin 85 faiz ərazisinin rəqəmli siqnalla əhatə olunması planlaşdırılır. Hazırda rəqəmli televiziyanın əhatə dairəsinə Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran daxildir.

Nazirliyin iş planına əsasən, rəqəmli televiziyaya tam keçid 2013-cü ildə gözlənilir. Rəqəmli kontentin yayımı MPEG-4 standartı ilə həyata keçirilir. Bunun üçün istifadəçilər dekoder əldə etməlidirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO