Qırğızıstanda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib


Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbir Bişkekdəki “Azəri” İctimai Birliyinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə reallaşıb. Mərasimdə Azərbaycan diasporunun nümayəndələri, Kant rayonunun rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Azəri” İctimai Birliyinin sədri Akif Alaferdov 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə ətraflı məlumat verib. Sonra A.Alaferdov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” kitabını, AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimlərinin hazırladıqları, Bişkekdə ingilis və rus dillərində çap edilmiş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin Bişkekdə rus dilində nəşr olunmuş “Müasir Azərbaycanın banisi, qurucusu və xilaskarı” kitablarını mərasim iştirakçılarına paylayıb.

Tədbirin davamında Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov Qırğızıstanda yaşayan azərbaycanlıları birliyə çağırıb, Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında Fondun rolundan bəhs edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO