Qərib Məmmədovdan jurnalistlərə gözlənilməz cavab

“Bizim qurumda korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmır”

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Korrupsiyaya Qarşı Mübarizə Forumunda jurnalistlərin suallarına cavab verərkən bildirib ki, rəhbərlik etdiyi qurum bu istiqamətdəki neqativ hallara qarşı hər hansı tədbir həyata keçirmir.

“Bir çox jurnalistlər mənə “korrupsiyaya qarşı hansı tədbirlər həyata keçirirsiniz, kimləri işdən çıxarmısınız” kimi suallar ünvanlayırlar. Mən dəfələrlə demişəm, indi də təkrar edirəm, Dövlət Torpaq və Xəritəçəkmə komitəsində korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmır. Bundan ötrü Baş Prokurorluq yanında Korrupsiya İdarəsi var. O bu işlərlə məşğul olur”-deyə Q.Məmmədov qeyd edib. O, bildirib ki, ölkə prezidentinin müvafiq fərman və sərəncamlarında bu məsələlər xüsusi vurğulanıb.

Simsar.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO