Qənirə Paşayevanın yeni kitabının təqdimat mərasimi

Mart ayının 7-də “Tarixə adını yazan qadınlar” kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva öz çıxışında Azərbaycanın qadın hüquqlarının qorunması sahəsində inkişaf etmiş ölkələr sırasında olduğunu bildirib. Onun sözlərinə görə, kitabı yazmaqda əsas məqsədim tarixə adlarını yazan, “ilk”lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olub. Bu qadınların hekayətləri, çətinliklə əldə etdiyi uğurlar qızlarımızın hədəfə çatmaları üçün yardımçı olacaq. Kitaba Azərbaycanın tarixində mühüm yer tutan üç azərbaycanlı qadının da adı daxil edilib. Bunlar Tomris, Sara Xatun və Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO