Qılman İlkin vəfat edib

Turan” agentliyi xəbər verir ki, yazıçı Qılman İlkin noyabrın 6-da vəfat edib.

Qılman İlkin Bakının Mərdəkan kəndində anadan olub. 1936-cı ildə indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, “Azərbaycan” jurnalının baş redaktoru, “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarının direktoru olub.

Qılman İlkin “Çalpapaq”, “Torpağın dərdi”, “Teleqram”, “Ultimatum”, “Zənbil” kimi povest və hekayələrin, “Qalada üsyan”, “Dəniz qapısı”, “Ömrün oğlan çağları”, “Dəniz həmişə göy olmur”, “Dağlı məhəlləsi”, “Madam Qədri”, “Tayqa nağılı”, “Körpə siyənək”, “Hərənin öz aləmi, öz taleyi” kitablarının, “Şimal küləyi” romanının müəllifiidir.

“Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb.

O, xidmətlərinə görə müxtəlif dövrlərdə bir sıra mükafatlara layiq görülüb (“Qırmızı Əmək Bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, Azərbaycan Dövlət mükafatı və s.).

Qılman İlkinin 95 yaşı vardı.

Allah rəhmət eləsin!

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO