QHT-lərə Dövlət Dəstəyi Şurası tələbələrlə görüş keçirəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və QHT-lərin inkişafı ilə bağlı ictimai maarifləndirmə tədbirləri sırasında “Xəzər” Universitetinin müəllim və tələbə heyəti ilə görüş keçirəcək. Bu barədə Modern.az-a Şuradan məlumat verilib.
Şuranın mətbuat xidmətindən bildirilib ki, görüşdə Şura üzvləri və katiblik əməkdaşları iştirak edəcəklər. Tədbir 21 may 2010-cu il saat 15.30-da “Xəzər” Universitetində olacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO