QHT-lərə Dövlət Dəstəyi Şurası beynəlxalq konfransa hazırlaşır

Bu gün Şurada konfransın təşkilat komitəsinin iclası keçirildi
Oktyabrın 23-də Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda 2009-cu ilin mart ayında keçirəcəyi beynəlxalq konfransa hazırlıq üzrə İşçi qrupunun növbəti iclası keçirildi.

Bir sıra beynəlxalq təşkilatların – Contrapart İnternational, BMT İnkişaf Proqramının, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun, ABŞ İnkişaf Agentliyi təmsilçilərinin iştirak etdiyi toplantını Şuranın icraçı direktoru Fərasət Qurbanov açıb.

Beynəlxalq konfransın gündəliyi, idarəetmə planı, iştirakçı siyahısı və büdcəsi iştirakçılara təqdim edilib.

Müzakirələrdə konfrans iştirakçıları olacaq ölkələrin seçimi, konfransın aparılması, vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycan əldə etdiyi uğurların təqdimatı, qəbul ediləcək deklarasiya mətni və sair geniş şərh edilib.

Konfransa hazırlıq işləri ilə bağlı məsələlərin daha konkretləşdirilməsi üçün bir sıra vəzifələr müəyyən edildi.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO