QHT “Contex” jurnalının ikinci buraxılışını nəşr edib

ABŞ-da təhisl almış Azərbaycan Məzunları Assosiasiyası “Contex” jurnalının ikinci buraxılışını nəşr edib. “Jurnalı Bakıda və Assosiasiyanın www.aaa.org.az saytında əldə etmək mümkündür, lakin yaxın vaxtlarda jurnalı Azərbaycanın regionlarında da əldə etmək mümkün olacaq”, buraxılışın təqdimatında Assosiasiyanın prezidenti Ceyhun Kərimov deyib.
Onun sözlərinə görə, jurnalın növbəti buraxılışının 2011-ci ilin martında nəşr edilməsi planlaşdırılır.

“Contex” jurnalı müasir siyasət, əksər fənnlər və nəzəri aspektlər üzrə analitik işləri özündə birləşdirir. Jurnal ABŞ-da təhsil almış Azərbaycan tələbələrinə öz təcrübələrini bölüşmək, Azərbaycandakı maraqlı tərəflərə tövsiyələr vermək üçün imkanlar verir.

Jurnalın ikinci buraxılışına Azərbaycanda ekoloji problemlərin həlli, nativ enerji mənbələri, şəhərlərin yenidən qurulması və ölkədə Avro-2 standartına keçidlə bağlı məqələlər daxildir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO