Qazaxıstan jurnalistləri dinməz piket keçiriblər

50-ə yaxın aksiya iştirakçısı ağızlarını sarıqlarla bağlayaraq əllərində plakatlar tutublar. Jurnalistləri dəstəkləmək üçün iki yüzə yaxın Adam gəlib. Aksiyanın təşkilatçılarından biri Tamara Kaleyeva bəyan edib ki, ziyanın ödənilməsi üçün nəzərdə tutulan «astronomik» məbləğlər «ölkəni rusvay edir». Onun sözlərinə görə, jurnalist təşkilatları dəfələrlə parlamentə mənəvi ziyanın ödənilməsi məbləğlərini qanunvericiliklə tənzimlənməsini təklif ediblər. Lakin deputatlar təkliflərə cavab vermirlər, çünki həmin iddiaları özləri irəli sürürlər.

lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO