Qaxda çıxan “Şəlalə ” qəzeti redaksiyasına yeni avadanliq verilmişdir

Qax, 30 oktyabr (AzərTAc). Qax rayonunun ictimai-siyasi qəzeti olan “Şəlalə” qəzetinun keyfiyyətli buraxılmasını təmin etmək, habelə əməkdaşların iş şəraitini yaxşılaşdırmaq məqsədi ilə rayon icra hakimiyyətinin köməyi ilə qəzetin redaksiyasına bir neçə kompyuter dəsti və digər texniki avadanlıq alınmışdır. İndi rayon qəzeti redaksiyanın özündə, kompyuter otağında yığılır. Əvvəllər isə bu iş üçün Mingəçevir Poliqrafiya Müəssisəsinə müraciət olunurdu. Redaksiyanın müasir texniki vasitələrlə təmin edilməsi qəzetin xərclərinin müəyyən qədər azalmasına, vaxt itkisinin qarşısının alınmasına, habelə qəzetin keyfiyyətli nəşr olunmasına şərait yaratmışdır.
Bundan əlavə, rayon icra hakimiyyəti qəzet redaksiyasını minik avtomobili ilə də təmin etmişdir. Xatırladaq ki, hazırda “Şəlalə” qəzeti 1.240 nüsxə tirajla nəşr olunur.

Azərtag.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO