“Qaradağ Sement” jurnalistləri mükafatlandıracaq

Yanvarın 12-də “Qaradağ Sement” ASC və Azərbaycan Gənclər Təşkilatların Milli Şurasının ötən ilin sonunda jurnalistlər üçün elan etdiyi müsabiqənin nəticələri elan ediləcək.

Modern.az xəbər verir ki, “Azərbaycanda gənclərin inkişafı üçün QHT və biznes qurumlarının birgə əməkdaşlığı” mövzusunda keçirilən müsabiqə 2009-cu il oktyabrın 5-də elan edilmişdi. Şərtlərə əsasən, KİV əməkdaşları “Qaradağ Sement”ASC-nin fəaliyyəti ilə bağlı olan kiçik jurnalist araşdırması üçün layihə təklif etməli idilər.
“Qaradağ Sement” ASC elan etdiyi bu müsabiqədə xeyli jurnalist iştirak edib. Münsiflər Heyəti isə 11 nəfərin təklifiərinə dəstək vermək qərarına gəlib. Layihələrin qiymətləndirilməsi zamanı onların innovativ və yaradıcı olmasına diqqət yetirilib.

Sabah keçiriləcək mərasimdə müsabiqənin qalibləri elan ediləcək və onlar şirkət tərəfindən mükafatlandırılacaq. Tədbirdə “Qaradağ Sement”ASC–nin rəhbərliyi, millət vəkilləri, media üzrə ekspertlər və KİV nümayəndələri iştirak edəcəklər. Tədbir 12 yanvar 2010 –cu il tarixdə saat 15.00-da “Park İnn” otelinin “Nəsimi” zalında baş tutacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO