“Qarabağın ağ damı”

Qarabağ mövzusuna həsr olunmuş növbəti kitab işıq üzü görüb. Vüqar Tofiqlinin müəllifi olduğu kitaba müəllifin son illər yazdığı esse, məqalələr və düşüncələri daxil edilib. “Qarabağ yazıları” silsiləsindən olan bu yazılar “525-ci qəzet”də və “Modern.az” saytında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ön söz yazdığı kitab “MHS-Poliqraf” nəşriyyatinda çap edilib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə nəşr edilən kitabın redaktoru Fəxri Uğurludur.

Qeyd edək ki 2011-ci ildə müəllifin Qarabağa həsr olunmuş ilk tədqiqatı dünyada ikinci sayılan Ağdam Çörək Muzeyinin yaranması və fəaliyyətinə həsr edilmişdi.

Xatırladaq ki, V.Tofiqli 2001-ci ildən QHT sektorunda fəaliyyət göstərir. 2004-cü ildən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışır. 2009-cu ildən Söz Azadlığını Müdafiə Fondunun icraçı direktorudur.

Publika.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO