“Qarabağ ” TV yaradıldı

Gənclər üçün Təhsil Mərkəzi bu gün “YouTube” videomaterial hostinq xidmətində Qarabağa həsr olunmuş ilk videokanalın fəaliyyətinə start verdi.

Videokanalın yaradılmasında əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına kömək etmək və real vəziyyəti onların beynində canlandırmaqdır.

Mərkəzin informasiya bölməsindən verilən məlumata əsasən, hazırda YouTube-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş müxtəlif video materiallar mövcuddur ki, bunların böyük əksəriyyəti ermənilər tərəfindən buraya daxil edilir və reallığı əks etdirmir.
“Çox təəssüf ki, əlimizdə olan bu qədər video materiallardan səmərəli istifadə etmirik və burada yerləşdirmirik. Ona görə də Mərkəz bu kanalı yaratmaqla, vahid bir mənbədən bütün video görüntülərin və digər materialların yerləşdirilməsini planlaşdırır”.

Qeyd edək ki, yaradılmış yeni kanalda münaqişəyə həsr olunmuş kadrlar, Qarabağ və işğal olunmuş rayonlarımız haqqında videolar, filmlər, musiqilər, müsahibələr və digər görüntülər yerləşdirilməkdədir.

Mərkəz hər bir şəxsi bu kanalın işində fəal iştiraka çağırmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə əlaqəli olan video materialların təqdim edilməsini xahiş edir.
Kanalına birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür:

http://www.youtube.com/KarabakhTV
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO