Qara Qarayevin doğum gününə həsr olunan tədbir keçiriləcək

Qara Qarayevin doğum gününə həsr olunan tədbir keçiriləcəkAzərbaycanın xalq artisti, görkəmli bəstəkar, pedaqoq, alim Qara Qarayevin 92 illiyi münasibəti ilə silsilə tədbirlər keçiriləcək. Belə tədbirlərdən biri də fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun təşkilatçılığı ilə Niyazinin mənzil muzeyində baş tutacaq. Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli bəstəkarlarından, professor Qara Qarayev 1918-ci ildə fevralın 5-də Bakı şəhərində anadan olub. O, 1926-ci ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinin şagirdi olub. Q.Qarayev 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (professor L. Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (professor Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub. 1958-ci ildə Azərbaycan SSR-nin xalq artisti adına layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO