“Qara Qarayev – tələbələrin xatirəsində ” adlı kitabın təqdimat mərasimi olacaq

"Qara Qarayev - tələbələrin xatirəsində" adlı kitabın təqdimat mərasimi olacaqFevralın 5-də Bəstəkarlar İttifaqında Azərbaycanın tanınmış bəstəkarı Qara Qarayevin ad gününə həsr olunan tədbir keçiriləcək. Bu barədə İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.
Tədbir çərçivəsində “Qara Qarayev – tələbələrin xatirəsində” adlı kitabın təqdimat mərasimi
reallaşacaq. Nəşrin tərtibatçı-redaktoru Nərgiz Şəfiyevadır.
Qeyd edək ki, Q.Qarayevin yaradıcılığı musiqi sənətinin bütün janrlarını əhatə edir. Bəstəkar “Vətən” və “Zəriflik” operalarının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının və digər məşhur əsərlərin müəllifidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO