Qafqaz Jurnalistika Məktəbi imtahanların qaliblərini elan etdi

Qafqaz Jurnalistika Məktəbinə keçirilən qəbul imtahanlarının II turunun da nəticələri açıqlandı. “Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi”nin Azərbaycandakı nümayəndəsi İlqar Xudiyev saytımıza bildirib ki, II turun nəticələrinə görə, imtahan vermiş imtahan vermiş 13 nəfərdən 4 nəfər qalib elan edilib.

Beləliklə həmin 4 nəfər Gürcüstanda yerləşən Qafqaz Media Məktəbində təhsil alacaqlar.
Qaliblər öncə “Xəzər” Universitetində ingilis dili dərsləri keçəcəklər. 2010-cu ilin yanvar ayından isə Gürcüstanda təhsillərinə davam edəcəklər.

Qeyd edək ki, bu il Bakıda Qafqaz Jurnalistika Məktəbinə keçirilən qəbul imtahanlarında ümumilikdə 20 nəfər iştirak etmiş, 10-u ikinci tura keçmişdi.

Gürcüstanda təhsil almağa gedən 4 nəfərdən biri Modern.az-ın əməkdaşı Vüqar Ağamalıoğludur.

Xatırladaq ki, Qafqaz Media Məktəbində azərbaycanlılarla yanaşı, gürcülər və ermənilər də təhsil alırlar. Müdavimlərə təhsil Tiflis şəhərində verilir.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO