“Qadın düşərgəsi ” və “Günahsız qatil ” kitablarıın təqdimatı olub

"Qadın düşərgəsi" və "Günahsız qatil" kitablarıın təqdimatı olubKitab Klubunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Rövşən Yerfinin “Qadın düşərgəsi” və “Günahsız qatil” kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri açan Kitab Klubunun direktoru Elxan Rzayev müəllifin özü və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Rövşən Yerfinin hər iki əsəri qadın cəza evindən və qadınları həbsxana həyatı çəkməyə vadar edən səbəblərdən bəhs edir. E.Rzayevin fikrincə, bunlar fantaziya, təxəyyül məhsulu deyil. Müəllifin özünün şahidi olduğu hadisələr personajların dili ilə çatdırılıb. Direktor əvvəlcə çox az sayda nəşr edilmələrinə baxmayaraq, kitablara tələbatın get-gedə artdığını da vurğulayıb. Yazıçılar Birliyinin üzvü, şair Tofiq Nurəli isə bildirib ki, əvvəllər bu mövzuda yazılan əsərlər kənardan dustaqxanaya baxış formasında idilərsə, Rövşən Yerfinin hər iki əsəri dustaqxanadan cəmiyyətə baxış formasında qələmə alınıb: “Yazıçı o zaman yazıçı olur ki, həyat həqiqətlərini bədii əsər səviyyəsinə çatdırmağı bacarır. Bu baxımdan, bu kitablaradək dustaqxanadan cəmiyyətə baxış formasında əsərlərin yazılmadığını deyə bilərəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO