Putinin prezidentliyi dövründə 19 jurnalist qətlə yetirilib

Nyu-Yorkta yerləşən Jurnalistlərin Müdafiə Komisiyası növbəti məlumat yayıb. Moderin.az-ın xarici mətbuata istinadən verdiyi xabərə görə, məlumatda hazırda Rusiyanın baş naziri olan Vladimir Putinin prezidentliyi dövründə Rusiyada 19 jurnalistin qətlə yetirildiyi göstərilir.

Müstəqil nəzarətci qrupu rus tətqiqatçı jurnalistlər- Andrey Soldatov və İrina Boraqan tərəfindən yazılmış “Yeni alicənablıq” adlı kitabın təqdimatını kecirib. Kitabda V.Putinin prezidentliyi dövründə təhlükəsizlik xidmətlərinin gücləndirilməsindən və bu xidmətlərdən azad mətbuata qarşı istifadə edilməsindən danışılır.
A.Soldatovun sözlərinə görə, rus rəsmiləri jurnalistləri susdurmaq ücün həbs və təqiblərdən istifadə edir. Soldatov eyni zamanda onu da qeyd edib ki, Putin rusiyada ilk liderdir ki, onun qüvvəsinin əsasını təhlükəsizlik xidməti təşkil edir.

1991-ci ildə Sovet höküməti dağılandan sonra FSB siyasi islahatlardan qorxaraq jurnalistlərə nisbətən azadlıq vermişdi. Lakin bu təşəbbüs uzun sürmədi. Müəliflər eyni zamanda Rusiyanın azad nəşrlərindən olan “Noveya Qazeta”nın bir necə müxbir üzvünün öldürülməsini diqqətə catdırıblar. Dörd il əvvəl Maskvada güllələnmiş Anna Politkovskaya da onların sırasına daxildir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO