|
|
|
 Reklam lövhələrinin 37%-nin ingilis, 11%-nin türk dillərində yazıldığı, 18%-ndə isə rus sözlərinin latın qrafikası ilə yazıldlğı aşkarlanıb Söz Azadlığını Müdafiə Fondu (SAMF) reklamlarda, xidmət obyektlərində, o cümlədən media qurumlarında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinqlərə start verib. ... |
 Söz Azadlığını Müdafiə Fondu (SAMF) 17 fevral 2010-cu il tarixində “Kaspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “KİV-lərin informasiya alması zamanı ən operativ mətbuat xidmətlərinin müəyyən olunması”nı aydınlaşdıran rəy sorğusunun nəticələrinin təqdimat mərasimini keçirib. .... |
Amerika Konqresində hər il olduğu kimi bu il də ATƏT-ə üzv ölkələrdə kütləvi informasiya vasitələrinin vəziyyətinə həsr olunmuş dinləmələr keçirilib. Dinləmələrdə hüquq müdafiəçiləri, Helsinki qrupunun,“Freedom House” təşkilatının nümayəndələri iştirak ediblər. “Freedom House” təşkilatı Azərbaycanda “Informasiya azadlığı haqqında qanun”un qəbul olunmasını müsbət qiymətləndirmişdir. Bununla yanaşı bu təşkilat “Diffamasiya haqqında” qanun layihəsi qəbul olunarkən təhqir və böhtanla bağlı maddənin Cinayət Məcələssindən çıxarılmasını təklif etmişdir. Beynəlxalq təşkilatlar həmçinin İnformasiya Məsələləri üzrə Müvəkkil institutunun da yaradılmasını tövsiyyə edirlər. |
«KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı hüquq və vəzifələri» layihəsi dövlət orqanları nümayəndələri və jurnalistlər üçün yaddaş kitabçasının hazırlanmasını nəzərdə tutur. Yaddaş kitabçasında qanun və normativ aktlar əsasında KİV və dövlət strukturlarının qarşılıqlı hüqüq və vəzifələri izah olunacaq. Proekt informasiya axtarışı və əldə olunması prosesində iştirak edən tərəflərin hüquq biliklərinin səviyyəsinin artırılmasına, istər jurnalist, istərsə də dövlət təşkilatları əməkdaşlarının öz hüquqlarından sui-istifadənin qarşısının alınmasıdır. |
«İzahlı lüğət» layihəsi qanunlarda və uyğun normativ aktlarda istifadə olunan terminlərin filoloji izahı və hər bəndin geniş izahı üzərində elmi-təhqiqat işini nəzərdə tutur. Bu məqsədlə proekt çərçivəsində izahlı lüğətin nəşri nəzərdə tutulub. Həmin lüğət hüquq-mühafizə orqanlarının, məhkəmələrin, hüquq məsləhətxanalarının, eləcə də KİV əməkdaşlarının fəaliyyətində istifadə oluna bilər. |
«Gələcəyin peşəkar jurnalisti» layihəsi ölkənin ali məktəblərinin jurnalistika fakultələrinin 4-cü və magistraturanın 2-ci kurs tələbələri arasında elmi-təhqiqat işləri ilə müsabiqə keçirilməsini nəzərdə tutur. Layihə qalib gələn yazıların nəşrini nəzərdə tutur. Layihənin məqsədi, demokratiya, söz azadlığı, Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət prinsipi əsasında fəaliyyət göstərən yeni jurnalist nəslinin köməyilə obyektiv, qərəzsiz KİV-lər yaratmaqdır. |
|
|
|