Professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitbının təqdimatı keçirilib

Professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitbının təqdimatı keçirilibİyunun 11-də Atatürk Mərkəzində professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitbının təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi, dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır.

Millət vəkili Nizami Cəfərov bildirib ki, kitab Qəzənfər Paşayevin düşüncələridir. Bu kitabda çoxlu ziyalılar haqqında məlumatlar yer alıb. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə isə bildirib ki, bu kitab kədər və nur üstündə qurulub.

Yazıçı Nahid Hacızadə “kitabı əlinə götürəndə əlin sevinir, baxırsan gözün sevinir, vərəqləyirsən qəlbin sevinir. Qəzənfər müəllimə yaradıcılığında uğurlar arzulayıram” deyib.

Millət vəkilləri Gülər Əhmədova, Aqil Abbas, Qənirə Paşayeva, publisist Flora Xəlilzadə, alim Qəzənfər Kazımov, folklorşünas Bəhlul Abdulla və başqaları çıxış edərək Qəzənfər Paşayevin yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Qəzənfər müəllimin bu kitabı həm məktəb şagirdləri üçün, həmdə universitet tələbələri üçün yararlı bir kitab olacaq.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO