Prezident “Euronews” kanalının rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib.
“Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.
Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO