Prezident elmlə bağlı Mükafatları təsdiqləyib

 Prezident elmlə bağlı Mükafatları təsdiqləyibAzərbaycan Prezidenti İlham Əliyev Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda göstərilib ki, Nazirlər Kabinetinə Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, habelə Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Komissiyasının sədri baş nazir Artur Rəsizadə təyin olunub. Komissiyanın üzvləri isə Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, AMEA prezidenti Mahmud Kərimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Milli Elmlər Akademiyasının vitse-prezidentləri Akif Əlizadə və Nailə Vəlixanlı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, BDU-nun rektoru Abel Məhərrəmov, ATU-nun rektoru Əhliman Əmiraslanov, Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aqşin Əlizadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, xalq rəssamı Toğrul Nərimanbəyov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti Arif Məlikov, xalq artisti Şəfiqə Məmmədova, xalq yazıçısı Mövlud Süleymanlı olub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO