PRESS-RELİZ: “Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili ” layihəsi

“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi  “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə “Məcburi köçkün gənclərin əmək bazarına çıxışının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi  çərçivəsində  10 məktəbdə  məcburi köçkün gənclərə təlimlər keçirmişdir.
Təlimlər zamanı “Özünü Tanıma”, “Özünüzü kəşf edin”,  “Fərdi İnkişaf”, “Hədəfi müəyyənləşdirmək”, “Peşələri Tanıma”, “Peşə Seçiminə Təsir edən Amillər”,  “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”, “CV necə yazılmalı” kimi mövzulara toxunulmuşdur.  Həmçinin təlim zamanı təlim iştirakçıları ilə  işlə bağlı müsahibələrə getdikləri zaman necə davranmalı olduqları barədə praktik məşğələlər keçirilmişdir.  Sonda layihə iştirakçıları gələcəkdə özlərini hansı peşədə gördüklərini özündə əks etdirən uğur hekayələrini yazmışlar.
Təlimlər zamanı təlim iştirakçıları arasında təlimin gedişatı ilə bağlı  qiymətləndirmələr aparılmışdır.  Təlim iştirakçıları təlimi yüksək qiymətləndirmiş və bu səpkili təlimlərin vacibliyini vurğulamışdır.  
Qeyd edək ki, layihəni keçirməkdə əsas məqsəd  məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artırılmasına kömək etməkdən ibarətdir. 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO