PRESS-RELİZ

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, hüquq və azadlıqlarının təmin edilməsinə ictimai dəstək” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. Üç ay davam edəcək layihə çərçivəsində  müəyyən olunmuş bir sıra cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 20 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilməsi habelə yüzə yaxın keçmiş məhkuma hüquqi və psixoloji yardımların göstərilməsi nəzərdə tutulur.  Xüsusilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu günə qədər yüzlərlə keçmiş məhkuma hüquqi və psixoloji yardımlar göstərilmiş, onların cəmiyyətə adaptasiyası istiqamətində mühüm addımlar atılmışdır.

 

Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO