Polşalı nazir: “Avropa enerji resurslarının tədarükü məsələsində Azərbaycanı dəstəkləməlidir “

Azərbaycan Avropa, xüsusilə Polşa da daxil olmaqla Cənub-Şərqi Avropa üçün əhəmiyyətli enerji tərəfdaşıdır. Trend-in məlumatına əsasən, bunu Bakıda keçirilən 22-ci Beynəlxalq Caspian Oil & Gas-2015 konfransında Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski deyib.
Onun sözlərinə görə, Azərbaycan yeni qaz xətlərinə özünün resurslarını investisiya edən etibarlı tərəfdaşdır: “Bu səbəbdən ölkənin öz xidmətlərində əlavə anlayış və dəstəyə ehtiyacı var. Azərbaycan tərəfdən dünyamız üçün yetkin təklif – Cənub-Şərqi Avropa üçün enerji resurslarının yeni tədarükünü görürük”.
Nazir qeyd edib ki, Xəzər regionu Avropa, xüsusilə Polşa üçün cəlbedici regiondur: “Mən Azərbaycana uğurlar arzulayıram, ölkənin uğurları eyni zamanda Polşa və Aİ-nin uğurları olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO