Politkovskayanın ailəsi hökmə qarşı apellyasiya şikayəti verməyəcək

«Formal cəhətdən zərərçəkmiş tərəf ittihamçısıdır, lakin məqsəd bu yox, həqiqəti üzə çıxarmaqdır. Biz istintaqın təqsirləndirdiyi şəxslərin deyil, həqiqətən də qətli yerinə yetirənlərin həbs edilməsini istəyirik», – deyə vəkil «Exo Moskvı» radiostansiyasının efirində ittiham hökmünün zərərçəkmiş tərəfin neytral mövqe tutması üzündən çıxarılmaması fikrini şərh edib. O, bir daha bildirib ki, Politkovskayanın ailəsi məhkəmənin bəraət hökmünə qarşı şikayət verməyəcək. «Biz büsbütün andlılar məhkəməsinə inanır və qətiyyən onların qərarına etiraz etmək niyyətində deyilik», – deyə Anna Stavitskaya söyləyib.

Xatırladaq ki, hərbi məhkəmə ötən cümə günü andlıların qərarına əsasən Politkovkayanın qətli ilə bağlı bəraət hökmü çıxarmışdır. Andlılar məhkəməsi yekdilliklə bildirib ki, təqsirləndirilən şəxslərin heç birinin qətllə əlaqəsi yoxdur. Hökm çıxarıldıqdan dərhal sonra İbrahim və Cabrayıl Mahmudov qardaşları, habelə DİN-in sabiq əməkdaşı Sergey Hacıqurbanov azadlığa buraxılıblar.

mail.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO