“Polemos ” Kitab Sərgisində Azərbaycanla bağlı kitabların təqdimatı olub

Oktyabrın 20-də Buxarestdəki Zabitlər Sarayı Mədəniyyət Mərkəzində “Polemos” Kitab Sərgisinə start verilib. Sərgi çərçivəsində Rumıniyanın “Top Form” nəşriyyatı tərəfindən çap olunmuş Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın “Azərbaycan – canlı alov”, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin “Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əlaqələri” və Azərbaycanın Rumıniyadakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Kərimlinin “Azərbaycan Respublikası və Rumıniya arasındakı münasibətlər (1993-2004)” kitablarının təqdimat mərasimi reallaşıb. Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib. Rumıniyanın Azərbaycandakı ilk səfiri, Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun direktoru, professor Tasin Cəmil azərbaycanlı kitab müəlliflərinin elmi rəhbəri olduğunu söyləyərək təqdim olunan kitabların Azərbaycan və Orta Asiya haqqında rumın dilində yazılmış fundamental əsərlər olduğunu bildirib. Məlumat üçün bildirək ki, sərgi oktyabrın 23-dək davam edəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO