Poeziya saatı

Poeziya saatıYazıçılar Birliyində (AYB) qurumun Ədəbiyyat Təbliği Bürosunun təşəbbüsü və təşkilatçılığı ilə Gənc Ədiblər Məktəbinin (GƏM) poeziya saatı keçirilib. Tədbiri AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq, belə şeir axşamlarının təşkilini müsbət addım kimi dəyərləndirib. AYB katibi gənclərin ədəbi proseslərdə fəal iştirakını təmin etmək məqsədi daşıyan belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən AYB-nin Ədəbiyyat Təbliği Bürosunun direktoru, şair Nazim Əhmədli gənclərin poeziya saatının keçirilməsində əsas məqsədin gənc yazarların ədəbi proseslərdə aktiv iştirakını təmin etmək, imzalarını təsdiqləməkdə onlara kömək göstərmək olduğunu bildirib. N. Əhmədli dövlətin gənclərlə bağlı apardığı məqsədyönlü siyasətin davamı kimi həyata keçirilən poeziya saatının gələcəkdə də mütəmadi təşkil olunacağını bildirib. Büro direktoru həmçinin gələcəkdə gənc yazarların əsərlərinin yerli və xarici mətbuatda dövri çapını həyata keçirmək üçün bəzi layihələr planlaşdırıldığını deyib. Tədbirdə GƏM üzvlərindən Anar Amin, Vüsal Nazimoğlu, Zərdüşt Şəfizadə, Qılman İmanlı, Vüsal Nuru, Elvin Bakiroğlu, Günel Rüstəmova və başqaları yeni şeirlərini oxuyublar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO