“Poeziya günü “

"Poeziya günü"Dekabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Poeziya günü” almanaxının təqdimatı reallaşıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, AYB-in təşkilatçılığı ilə nəşr olunmuş almanaxda müasir ədəbi mühitin sayılıb-seçilən nümayəndələrinin əsərləri dərc olunub. “UniPrint” nəşriyyatında çapdan çıxıb, 321 səhifədən ibarət kitabın baş redaktoru Xalq Şairi Fikrət Qoca, redaktoru və tərtibçisi şair Maarif Soltandır. Kitaba tənqidçi-ədəbiyyatşünas Vaqif Yusifli ön söz yazıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, AYB-in katibi, Xalq Şairi Fikrət Qoca, filologiya elmləri doktorları Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, şairlər Balayar Sadıq, Fərqanə Mehdiyeva, Fəxrəddin Meydanlı və başqaları bugünkü şeirimizin mənzərəsini yaradan almanaxın böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər. Tədbirdə çıxış edən natiqlər nəsr, tərcümə və ədəbi-tənqidə həsr olunmuş almanaxların da nəşr etdirilməsinin vacibliyini bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO