Poçtlar vətəndaşlara şəxsiyyət vəsiqələrinin çatdırılması ilə də məşğul olacaq

Poçtlar vətəndaşlara şəxsiyyət vəsiqələrinin çatdırılması ilə də məşğul olacaq“Azərpoçt” MMC vətəndaşlara şəxsiyyət vəsiqələrinin çatdırılması ilə məşğul olacaq. Bu barədə Trend-ə MMC-dən deyiblər. MMC-nin “ASAN” xidmətlə əməkdaşlıq məsələsi ötən həftə tərəflərin görüşündə nəzərdən keçirilib.

MMC-dən deyiblər ki, “Azərpoçt”a “ASAN” xidmətin mərkəzlərində poçt xidmətləri təşkil etmək təklif edilib: “Yeni xidmətlərdən biri şəxsiyyət vəsiqələrinin vətəndaşlara çatdırılması ola bilər. Yeni servis, ilk növbədə vətəndaşların rahatlığı üçün hesablanıb. Bununla da, vətəndaşlar şəxsiyyət vəsiqələrini almaq üçün “ASAN” xidmət mərkəzlərinə yenidən baş çəkmək məcburiyyətində qalmayacaqlar, çünki onların çatdırılması ilə poçt məşğul olacaq”.

“Azərpoçt”un fəaliyyətinin yeni konsepsiyası MMC-nin respublika üzrə göstərdiyi xidmətlərin coğrafiyasını genişləndirməkdə vacib rol oynaya və perspektivdə “ASAN” xidmət mərkəzlərinin xidmətlərinin genişləndirilməsi üçün platforma ola bilər.

MMC-nin qurumlarla əməkdaşlığı onlara, ənənəvi poçt və maliyyə xidmətlərindən başqa, maliyyə xidmətləri (hesabların açılması, pul köçürülməsi və s. xidmətlər) göstərməyi nəzərdə tutur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO