“İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi “

"İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi"Görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın alman dilindən tərcümə olunmuş Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı Azərbaycan və rus dillərində çapdan çıxıb. Avropada Azərbaycan tarixinə aid ilk fundamental əsər olan bu kitab sayəsində Avropa oxucusu Azərbaycan tarixi və onun reallıqları barədə zəngin məlumat əldə edə biləcək.Kitab Milli Təhlükəsizlik Nazirliyinin, AMEA-nın Tarix İnstitutunun və AzərTAc-ın birgə layihəsi əsasında işıq üzü görüb. Layihənin rəhbərləri Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, AzərTAc-ın baş direktoru Aslan Aslanovdur. Müəllif qələmə aldığı sonuncu əsəri “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı üzərində işləyərkən bir sıra ölkələrdə araşdırmalar aparıb, habelə hərbi arxivlərin indiyədək heç kəsin istifadə etmədiyi materiallarını tədqiq edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO