Pitt-Coli cütlüyünün əkizlərinin şəkilləri 14 milyon dollara satılıb

Onların məlumatına görə, ulduzların həyatlarından hadisələr üzərində ixtisaslaşmış hər iki nəşr ABŞ və Böyük Britaniyada əkizlərinin eksklyüziv şəkillərinin dərcinə görə 7 milyon dollar ödəyib. People jurnalının redaksiyası əkizlərin şəkillərinin bazar ertəsi çıxacaq jurnalın sayında dərc ediləcəyini bildirib.Britaniyanın Hello! jurnalı isə hələ ki bu barədə açıqlama verməyib.

Qeyd edək ki, Andjelina Coli əkiz olan qız və oğlanı iyunun 13-də Fransanın Nitsa şəhərinin klinikasında dünyaya gətirib. Onlara Noks Leon və Vivyen Marşelen adları verilib. Xatırladaq ki, cütlüyün altı, o cümlədən Kambodjidən Meddoks, Vyetnamdan Peks və Efiopiyadan Zaxara kimi üç götürülmüş övladı var.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO