Parlamentdə “Diffamasiya haqqında ” qanun layihəsinin muzakirələrinə başlanılacaq

Gələn həftə Milli Məclisin mədəniyyət komitəsində “Diffamasiya haqqında” qanun layihəsinin muzakirələri baslaya bilər. Bu barədə Modern.az-a parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
N.Cəfərovun sozlərinə gorə, Mədəniyyət komitəsinə iki “Diffamasiya haqqında” qanun layihəsi təqdim olunub. “Bu layihələrlə baglı müzakirələr aparıb mükəmməl bir sənəd hazırlamaq olar”-deyə o,bildirib.
Komitə sədrinin sözlərinə görə, məsələ ilə baglı təkcə Komitə səviyyəsində aparılan müzakirələrlə kifayətlənmək olmaz: “Məncə, ictimai səviyyədə də daha ətraflı müzakirələrə ehtiyac var. Layihənin parlamentdə qəbulundan sonra burada nəzərdə tutulan müddəaların həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi əsas şərtlərdən biridir”. N.Cəfərov deyib ki, layihələri yalnız ətraflı müzakirə etdikdən sonar Mədəniyyət komitəsinin diffamasiya ilə bağlı üçüncü bir layihə hazırlayacağı da istisna olunmur. O, komitədə müzakirələrə layihələri hazırlayan və bu qanunun qəbulunda maraqlı olan beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunacağını bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO