Parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir

Parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənirÖlkədə parlament seçkiləri yaxınlaşdıqca partiyalar arasında seçki blokları yaratmaq prosesi sürətlənir. Bu sırada bu günlərdə Demokrat və Ümid partiyaları “Qarabağ”, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyaları isə “İslahat” seçki bloklarını təsis ediblər. Daha bir seçki blokunun Liberal ilə Vətəndaş və İnkişaf partiyaları arasında təsis ediləcəyi gözlənilir.
Daha bir seçki blokunun nəinki bir seçki blokunda, hətta vahid partiya olaraq birləşəcəyi barədə söz-söhbətdən ciddi analitik yazılara kimi mövqelər bildirilən Müsavat və Xalq Cəbhəsi partiyalarınn arasında yaranacağı nəzərdə tutulur. Digər bloklarla müqayisədə bu iki partiya vahid seçki blokunda birləşmə məsələsini hamıdan tez başlasalar da, bloku elan etməyə tələsmirlər. Seçkilə bağlı partiyalarda dairələr üzrə vahid namizədlərin nüəyyən edilməsi prosesinin sürətləndiyini bildirən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəzi gərgin dairələr üzrə də vahid namizədlərin müəyyən olunduğunu nəzərə çatdırıb.
“Müsavat Partiyası rəhbərliyinə daxil olan şəxslərin vahid namizədliyi baş tutduqda həftənin sonuna kimi seçki bloku elan edilə bilər”, – A.Hacılı blokun təsis olunması ilə bağlı məsələyə aydınlıq gətirib. Şanslı namizədlərin, seçicilərin daha çox səsini toplayan namizədlərin olduğunu deyən A.Hacılı bu şəxslərin heç bir halda vahid namizəd olmaqdan kənarda saxlanılmadıqlarını önə çəkib. “Belə mövqe sərgiləndiyi halda blokun baş tutması elan edilə bilər”, – A.Hacılı vurğulayıb. /TURAN/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO